Bakcell Arena
Bakcell Arena

Yunanıstan mətbuatı Bakcell Arena stadionu barədə mənfi fikirlər səsləndirib.

ONBİR xəbər verir ki, Gargalianoionline saytı stadionun ot örtüyünün yaxşı olmadığını vurğulayıb. Xəbərdə yazılır ki, Olympiacos Bakıdakı stadionda ot örtüyünün pis vəziyyətdə olduğu üçün böyük çətinliklə üzləşəcək.

Dinamo ilə oyunda hər iki komandanın oyunçuları tez-tez sürüşüb və ot örtüyünün parçaları butslara yapışıb. Yunanlar Neftçi`nin baş məşqçisi Samir Abasov`un ot örtüyünün keyfiyyətsiz olması barədəki sözünü də sonda qeyd ediblər.

Qeyd edək ki, ilk oyun 21 iyul tarixində Yunanıstanda keçiriləcək, cavab görüşü isə Bakıda 28 iyul tarixində baş tutacaq.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.