
Baskların sevimli oyunçusu Inaki Williams milli komanda seçimini açıqlayıb.
ONBİR xəbər verir ki, Athletic Bilbao`nun hücumçusu Qana millisində oynayacağını söyləyib.
28 yaşlı oyunçu İspaniya yığması ilə 1 yoldaşlıq oyununa çıxıb. O, Bosniyaya qarşı 30 dəqiqə meydanda ola bilib. (2016)
Williams daha əvvəl belə bir açıqlama vermişdi: “Valideynlərim Qanadandır. Lakin mən orada doğulmamışam, böyüməmişəm. Elə oyunçular var ki, onlar üçün Qana daha çox məna daşıyır. Qananı məndən daha çox sevən birinin yerini millidə tuta bilmərəm”.