Qarabağ
Qarabağ

UEFA Avrokuboklarda qrup mərhələsinin 3-cü turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

ONBİR qol.az saytına istinadən xəbər verir ki, Qarabağ Konfrans Liqasının qrup mərhələsində Bakıda Kairat`ı məğlub etməklə (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb.

Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 3,375-yə, son 5 mövsümdə ümumi xal sayı isə 16.000-ə çatıb.

Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan reytinqdə Polşa və Macarıstanı geridə qoyaraq iki pillə irəliləyib. Bu irəliləyiş 26-cı yerə yüksəlmək imkanı verib.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.