Milan Obradovic
Milan Obradovic

U21 millimiz Avropa Çempionatının seçmə mərhələsində qarşılaşdığı Xorvatiyaya doğma meydanda 1:5 hesabı ilə məğlub olub.

ONBİR yığma komandamızın baş məşqçisi Milan Obradovic`in görüşlə bağlı fikirlərini qol.az saytına istinadən təqdim edir:

“İlk hissədə meydanda yox idik. Hərəkət yox idi və 3 qol da standart vəziyyətdən buraxıldı. Fasilədən sonra əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq.

Səviyyə fərqini özünüz gördünüz. Xorvatiyanın bütün imkanları qolla nəticələndi. Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur”.

Qeyd edək ki, 4 oyundan sonra sadəcə 1 xal toplayan millimiz A qrupunda sonuncu pillədə qərarlaşır.