Domenec Torrent
Domenec Torrent

Galatasaray Türkiyə Süper Lig`in 23-cü həftəsində qarşılaşdığı lider Trabzonspor üzərində 2:1 hesablı məğlubiyyət yaşayıb.

ONBİR komandaya rəhbərlik etdiyi 3-cü matçda da uduzan Domenec Torrent`in oyunsonrası söylədiyi fikirləri təqdim edir:

“Bu oyunu normal şərtlərdə qazanmağımız lazım idi.

Hal-hazırda heyətdə olmayan oyunçular qayıdanda bəzi çətinliklərimiz aradan qalxacaq. Həm fiziki, həm də taktika cəhətdən artırmağa çalışacağıq.

Bəzən futbol sizə ədalətli davranmır. Ötən oyunda da qollar son dəqiqələrdə vurulmuşdu. Buna diqqət etməliyik”.

Qeyd edək ki, 15-ci pillədə qərarlaşan Galatasaray`ı autsayderlərdən 3 xal ayırır.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.