Süleyman Hurma
Süleyman Hurma

Karagümrük klubunun prezidenti Süleyman Hurma ölkə futbolu barədə maraqlı açıqlamalar verib.

ONBİR həmin açıqlamaları təqdim edir:

“Türkiyə futbol olaraq Avropanın ən az 20 il gerisindədir. Rəqib futbol oynaya bilməsin deyə öz meydançasının ot örtüyünü bilərək kəsməyən, həmin ot örtüyünü pis vəziyyətdə saxlayan şəxslər var. Qol vurduqdan sonra yerdən qalxmayan, 78-ci dəqiqədə qazandığı cərimə zərbəsini 83-cü dəqiqədə yerinə yetirən komandalar var.

Avropada futbol bir əyləncədir. İnsanlar matça gələrək gözəl bir gün keçirib evlərinə qayıdırlar. Futbolu bir namus məsələsi, bir həyat problemi, intihar etmə halından çıxarmalıyıq. Futbolçu “Günah bizdədir” deyə açıqlama verir. Günah yoxdur, bu sadəcə bir oyundur.

Süleyman Hurma: Fenerbahçe dünyanın en iyi 10 numarasını getirdi -  Karagümrük SK - Spor Haberleri

Dünyada heç bir klubun bizim 4 böyük klubumuz qədər azarkeş potensialı yoxdur. Türk futbolu düzgün idarə olunsaydı, bizim 4 klubumuz dünyanın ən varlı klubları arasında olardı. Real Madrid, BarcelonaManchester United kimi klublar bizim klublardan sonra gələrdi.

Taktika oyunu oynanmadıqca Mesut Özil bizim liqada oynaya bilməz. Mesut`un özündə bir problem yoxdur. Sadəcə bizim futbolun problemi var. Mesut özünə uyğun bir komandada olsa, yenə hamını özünə heyran edər.

Türkiyədə azarkeşlər klubları deyil, alınan nəticələri sahiblənirlər. Uzun müddətli planlar qurulmur. Azarkeş bir müddət klubuna aşiq, bir müddət isə öz klubuna düşmən olur”.

Fatih Karagümrük Kulübü Başkanı Süleyman Hurma'dan stat müjdesi
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.