Suarez vs Koeman
Suarez vs Koeman

Twitch kanalında qonaq olan Luis Suarez ayrılma prosesi ilə bağlı bilinməyənləri belə izah edib:

“Telefon danışığı 40 saniyə davam etdi, Koeman mənə planlarının bir hissəsi olmadığımı söylədi … Bir əfsanə ilə bu cür vidalaşa bilməzsən.

Əvvəl mənə planlarında olmadığımı söylədi, sonra dedi ki, müqaviləm ilə bağlı məsələm həll olmasa, Villarreal üçün meydanda olacam.

Məni istəmədiyini və ya klubun məni istəmədiyini açıq şəkildə söyləyəcək xarakterə sahib deyildi.

Bu kluba verdiyim hər şeydən sonra çox çətin anlar yaşadıq. Messi ayrılmaq istədi və məni göndərdilər. Hər ikimizin ailəsi çətin günlər yaşadı”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.