Stefan Kuntz
Stefan Kuntz

Türkiyə millisi bu gün yeni baş məşqçisi ilə ilk matçına çıxacaq.

ONBİR xəbər verir ki, “Ay ulduzlular” DÇ seçmələri çərçivəsində Norveçi qəbul edəcək. Qarşılaşmadan öncə Stefan Kuntz`un açıqlamalarını təqdim edirik:

“Keçmişin üstünü örtdük, artıq yeni bir səhifə açırıq. Oyunçularımızın nələr edə biləcəyini göstərmək üçün yaxşı şansdır. Zamanımız qısadır, lakin oyunçuların yenidən özünə güvənməsi üçün bəzi dəyişikliklər etdik.

Stefan Kuntz'dan kadro açıklaması

Təzyiq nə qədər böyük olarsa, uğur da bir o qədər böyük olar. Ona görə də təzyiq altında olmağımızdan narahat deyiləm.

Türkiyənin Norveç səfərində qələbə qazandığını bilirəm. Üstəlik o matçda Norveç tam heyətlə idi. Haaland və Sorloth olmamasına rəğmən, Norveçin zəifləyəcəyini düşünmürəm. Norveç matçından sonra da hər şey bitmiş olmayacaq. Qazansaq və ya məğlub olsaq da, şansımız davam edəcək”.

Qeyd edək ki, saat 22:45-də start götürəcək qarşılaşmanı CBC Sport və TRT 1-lə yanaşı, saytımız vasitəsilə də izləyə bilərsiniz.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.