Stanislav Cherchesov
Stanislav Cherchesov

Ferencvaros`un baş məşqçisi Stanislav Cherchesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki məğlubiyyətdən sonra növbəti açıqlamasını verib.

ONBİR təmsilçimiz Qarabağ klubuna uduzan rus mütəxəssisin açıqlamasını qol.az saytına istinadən təqdim edir:

“Çərşənbə axşamı final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim. Təəssüf ki, biz tapşırığın öhdəsindən gələ bilmədik və Qarabağ Budapeştdə layiqli qələbə qazandı. Təslim olmaq həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq.

Həftəsonu komandanı Macarıstan çempionatının oyunu gözləyir. Daha sonra Avropa Liqasının pley-off mərhələsinin ilk matçında Shamrock Rovers ilə qarşılaşacağıq. Təbii ki, qrup mərhələsinə düşmək istəyi var. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Növbəti oyunlarda onları sevindirmək istəyirik.

Qarşıda hələ çox oyun var, ona görə də heç birimizin ağlına dincəlmək gəlmir. Uğur, əlbəttə, daha xoşdur, amma itirməyi də bacarmaq lazımdır. Bizim vəzifəmiz səhvlərimizi sakit şəkildə təhlil etmək, düzgün nəticə çıxarmaq və irəli getməkdir”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.