Sporting Lisbon
Sporting Lisbon

Etiraf edim ki, son dönəmdə Portuqaliya futboluna olan marağım artıb. Dayanmadan futbolçu yetişdirən akademiyalar, milli komanda səviyyəsində iddialı ola biləcək yeni nəsil və son olaraq baş məşqçi kimi 36 yaşında yerli çempionatın qalibi olmuş Ruben Amorim.

36y.o. mastermind behind Sporting's astonishing triumph


Sporting son illərdə olduqca xaotik situasiya ilə üz-üzə idi. 2018-ci ilin mayında komanda ilk iki yeri tuta bilməyib ÇL şansını itirdi deyə azarkeşlər klubun bazasına hücum etmişdilər. Ardınca bu hadisəyə görə Rui Patrico başda olmaqla bir çox aparıcı futbolçu və baş məşqçi Jorge Jesus klubla olan müqaviləsinə xitam verdi. Jorge Jesus`dan sonra gələn Sinisa Mihajlovic şəxsi səbəblərdən dolayı klubda sadəcə 9 gün çalışa bildi. Nəticədə təxmini bir il ərzindəki 5 uğursuz məşqçi seçimi komandanı ötən sezon son illərdəki ən pis vəziyyətinə saldı. Eyni zamanda Jese Rodriguez, Yannick Bolasie, Eduardo Henrique, Valentin Rosier kimi uğursuz alınan transferlərin də bu gedişatda rolu var idi.


Klubun prezidenti Frederico Varandas çempionatın sonuna 10 tur qalmış komandaya həm qısa müddətdə uğur gətirə, həm də gənclərlə işləyə biləcək baş məşqçi axtarışına çıxdı. Klub tarixinin ən bahalı transferi Bas Dost idi (11.8M€), bu dəfə isə baş məşqçi kimi sadəcə 13 oyuna çıxmış Ruben Amorim üçün Braga’ya 10M€ ödədilər. Sona 10 tur qalmış sükan arxasına keçən Amorim öz 3-4-3 sxemini komandaya gətirdi və bu 10 tur ərzində heyətdə kimlərin futbol fəlsəfəsinə uyğun olub/olmadığını öyrənə bildi. Yay transfer dövründə isə idman direktoru Hugo Viana ilə birlikdə öz oyun tərzinə daha uyğun və komanda üçün daha uğurlu olacaq transferləri həyata keçirdi: Antonio Adan, Pedro Porro, Zouhair Feddal, Pedro Goncalves və Nuno Santos.


Lissabon klubunun hazırki heyətində təcrübəli oyunçularla gənc futbolçuların vəhdətini görmək mümkündür. Kapitan Sebastian Coates`in 30 yaşı var, Adan (33), Feddal (31), Luis Neto (32) digər yaşlı sayıla biləcək futbolçulardır. Nisbətən orta yaşlı Joao Mario (28), Joao Palhinha (25) və Nuno Santos (26) da klubun əsas oyunçuları sayılırlar. Gənc oyunçulara gəldikdə isə Sporting`in akademiyasının Avropada necə məşhur olduğunu hamımız bilirik. İstər bu akademiyadan çıxmış, istərsə də digər klublardan transfer edilmiş gənclər Sporting`i daha “rəngarəng” bir komandaya çevirir. Gəlin, Ruben Amorim’in gənclərinə nəzər yetirək.

Nuno Mendes e Sporar podem jogar na final da Taça da Liga


Nuno Mendes (18)
Tiago Tomas (18)
Gonçalo Inacio (19)
Pedro Porro (21)
Pedro Goncalves (22)
Matheus Nunes (22)
Jovane Cabral (22)


Bir az öncə də vurğuladığım kimi Ruben Amorim daha çox 3-4-3 sxemindən istifadə edir. Komanda geridə qalan 32 tur ərzində qapısında sadəcə 15 qol görüb. Amma komandanın 2-dən çox qol vurduğu oyun sayı da sadəcə 3-ə bərabərdir. Olduqca döyüşkən heyət formalaşdırıb, bu mövsüm 80-ci dəqiqədən sonra vurduğu qollar hesabına 22 xal qazanıb. Bütün bu amillər Sporting’in müdafiə fazasında daha etibarlı və kompakt, meydanda da döyüşkən bir komanda olduğunu göstərir. Eyni zamanda Sporting cari mövsüm Portuqaliya çempionatında məğlubiyyət üzü görməyib.

Спортинг чемпион Португалии 2020-2021 - видео / Новость / Телеканали Футбол  1/Футбол 2


Ruben Amorim və yuxarıdakı siyahıda olan gənclər – çox güman ki, əksəriyyətini önümüzdəki illərdə “TOP 5” liqalarda görəcəyik. Xüsusən də, Nuno Mendes və Pedro Goncalves’i komandada saxlamaq bu yay bir az çətin olacaq kimi görünür.

JABFOOTY

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.