Jesse Lingard
Jesse Lingard

Manchester United`in baş məşqçisi Ole Gunnar Solskjaer Young Boys matçından sonra çox tənqid olunan Jesse Lingard`a güvəndiklərini və yeni saziş imzalamaq istədiklərini açıqlayıb.

ONBİR 48 yaşlı norveçli mütəxəssisin açıqlamasını Fabrizio Romano`ya istinadən təqdim edir:

“Lingard`ın müqavilə müddətinin bitməsinə 1 il qalıb. Buna görə də həm onunla, həm də atası ilə danışıqlar aparırıq. Lingard`ı gələcək karyerasında da Manchester United oyunçusu olaraq görürük”.

Xatırladaq ki, məhz Cristiano Ronaldo`nun əvəzinə meydana çıxan Jesse Lingard`ın səhv ötürməsindən sonra Young Boys qələbə qolunu vurmuş və Manchester United`i 2:1 hesabı ilə məğlub etmişdi.