Ole Gunnar Solskjaer
Ole Gunnar Solskjaer

Manchester United Ole Gunnar Solskjaer ilə yollarını ayırdığını açıqlayıb.

ONBİR xəbər verir ki, portuqaliyalı ulduz Cristiano Ronaldo komandaya Luis Enrique`nin rəhbərlik etməsini istəyir.

Bu haqda Bleacher Report məlumat yayıb. Lakin ispan mütəxəssis bu iddiya belə münasibət bildirib:

“Bu gün 1 aprel günüdür? Mənim İspaniya millisindən ayrılmaq barədə bir fikrim yoxdur”.

Qeyd edək ki, “Qırmızı Şeytanlar”a müvəqqəti olaraq köməkçi məşqçi Michael Carrick rəhbərlik edəcək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.