Sergen Yalçın
Sergen Yalçın

Bu mövsüm istədiyi çıxışı edə bilməyən Beşiktaş baş məşqçi Sergen Yalçın ilə yollarını ayırıb.

ONBİR xəbər verir ki, Çempionlar Liqası qrupunu xal qazana bilmədən tamamlayan son Türkiyə çempionu Süper Lig`də də lider Trabzonspor`dan 18 xal geri qalır.

Buna görə də 49 yaşlı mütəxəssisin bu gün verdiyi istefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, Beşiktaş`ın Norwich`dən ayrılan alman baş məşqçi Daniel Farke ilə razılaşdığı iddia olunur.