Samir Abasov
Samir Abasov

Neftçi Premyer Liqada qarşılaşdığı Səbail`ə 1:0 hesabı ilə qalib gəlib.

ONBİR “Flaqman”ın baş məşqçisi Samir Abasovun görüşlə bağlı açıqlamalarını Apasport`a istinadən təqdim edir:

“Söyləmək nə qədər ağır olsa da, nəhayət ki, qələbə qazandıq.

Eyni heyətlə ardıcıl matçlara çıxa bilmirik. Bu da itkilərlə əlaqədardır. Buna baxmayaraq, bütün futbolçulardan razıyam. Ümumiyyətlə, kiminsə üstünə günah atıb, öz yaxamızı kənara çəkmək fikrində deyiləm. Komanda daxilindəki situasiya bəhanə tapmaq istəmirəm. Gənc oyunçularımız var. Onlar da belə oyunlarda səhv edəcəklər. Bunu mən də, məndən də yaxşı futbolçular edib. Kimlərisə sıxmaqdansa, bəlkə də, onları anlamaq lazımdır. İstəyirəm ki, məndən başqa heç kim futbolçularıma söz deməsin. Müsbət tərəf odur ki, futbolçu nəticə çıxarsın. Məşqçiyə təzyiq var, söyürlər. Hərdən əsəbləşirik, burda deyirik. Bəlkə budur günahımız.

– Səbail üzərində qələbə sizin istefanızla bağlı söz-söhbətə son qoyacaqmı?

– Soruşun ki, məni nə qədər narahat edir. Heç vecimə də deyil. Göndərəcəklərsə, normal haldır. Bir ay sonra hansısa klubda baş məşqçi gedən kimi, adım həmin posta namizəd yazılacaq. Şayiələr çıxaranlar və buna uyanlar var.

– Postunuzda qalaraq, yenidən çempion olmaq və ötənilki çempionluğun təsadüfi olmadığını sübut etmək istəyirsiniz?

– Bir oyunda təsadüfi qələbə ola bilər. Amma mövsümboyu çıxışdan sonra çempion olmaq təsadüfi deyil. Rəqiblərin zəif olması məni maraqlandırmır. Fakt budur ki, qalib gəldiyimiz matçlarda güclü olmuşuq.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.