Samir Abasov
Samir Abasov

Sabah Neftçi Çempionlar Liqası çərçivəsində Olympiacos ilə səfərdə qarşılaşacaq.

ONBİR görüşdən öncə təşkil edilən mətbuat konfransında Samir Abasov`un verdiyi açıqlamaları Qol.az saytına istinadən təqdim edir:

Olympiacos bu cür turnirlərdə mütəmadi iştirak edib, buna alışıb. Bizi çətin oyun gözləyir. Böyük təcrübəyə və keyfiyyətli futbolçulara malik komandaya qarşı oynayacağıq. Amma biz özümüz də həddən artıq rahatıq.

Dinamo ilə oyundan fərqli olaraq, artıq özümüzə gəlməyə başlamışıq. Uzun müddət idi ki, bu turnirdən kənarda idik. Sabahkı görüşdən asılı olmayaraq, bu böyük təcrübədir. Bundan sonrakı mərhələlərdə də təxminən bu səviyyədə komanda ilə qarşılaşacağıq. İki oyundan ibarət oyundur. Matçın hansı ssenaridə keçəcəyini hamımız ehtimal edirik. Bu cür görüşdə rəqibin sənin qarşına çıxaracağı oyun önəmlidir. Bunlara hazır olmaq üçün psixoloji hazırlıq qaydasında olmalıdır. İnanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, saat 23:00-da start götürəcək qarşılaşmanı saytımız vasitəsilə izləyə bilərsiniz.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.