Zirə Neftçi`ni penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.

ONBİR məğlub tərəfin baş məşqçisi Samir Abasovun açıqlamalarını qol.az saytına istinadən təqdim edir:

“Nəticənin belə olmağını istəmirdik. Rəqibi təbrik edirəm. Ən yaxşı penalti vuranımız da vurmaya bilərdi. Bu, üzərində durulacaq məqam deyil.

Futbolçularımı soyunub-geyinmə otağında təbrik etdim. Həddən artıq istəkli idilər. Çoxdandır ki, belə oyun görmürdük. Məğlub olduğumuza görə heyfslənirik. Amma gələcəyə baxmalıyıq. İnanıram ki, daha da yaxşı olacağıq. Maraqlı bir məqam var. Pis oynadığımız oyunlar var ki, qələbə qazanmışıq. Bu gün isə əksi oldu. İkinci hissədə və əlavə vaxtda komanda çox istəkli idi, futbolçular qol vurmaq üçün alışıb-yanırdılar, hər şeyi yaxşı və düzgün edirdilər. Thiago`nun bir-iki epizodu oldu, onları vura bilsəydi, bu gün sevinən tərəf biz olardıq. Göstərdikləri oyuna, əzmə görə futbolçularımı təbrik edirəm. İstəməzdik ki, titulsuz qalaq. Həyatdır, davam edir, belə şeylər də olur”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.