Cristiano Ronaldo
Cristiano Ronaldo

Sky Sports Cristiano Ronaldo`dan milli komanda karyerasını nə zaman bitirəcəyini soruşub.

ONBİR portuqaliyalı ulduzun bu suala verdiyi cavabı təqdim edir:

“Niyə bitirməliyəm? Bunu danışmağın vaxtı deyil. Bu haqda insanların nə düşündüyü yox, mənim nə düşündüyüm önəmlidir.

Topla irəliləmək gücüm qalmadığında, zərbə vura bilmədiyimdə və ya özümü pis hiss etdiyimdə buraxa bilərəm. Ancaq bunları edə biləcək gücüm hələ də var. Buna görə də milli karyerama davam edəcəyəm, çünki özümü motivasiya edə bilirəm.

Motivasiya mənim üçün açar sözdür. Ailəmi və azakeşlərimi xoşbəxt etmək istəyirəm. Motivasiyam üst səviyyədədir və bunu daha da qaldırmağı hədəfləyirəm.

Portuqaliya millisindən danışırsınız, lakin Çempionlar Liqasına baxdıqda, burada ən çox qol vuran, ən çox məhsuldar ötürmə verən, ən çox matçda qələbə qazanan oyunçu mənəm. Buna görə də ümumilikdə, futbol karyerama davam etmək istəyirəm. Çünki futbolu sevirəm. İnsanları xoşbəxt etmək məni daha da xoşbəxt edir”.