Cristiano Ronaldo
Cristiano Ronaldo

Manchester United`in ehtiyat qapıçısı Lee Grant`ın Cristiano Ronaldo barədə verdiyi maraqlı açıqlamanı təqdim edirik:

“Komanda axşam oteldə olanda yalnız bir oyunçu şirniyyat, tort və kekslərə əlini vurmadı. O da Cristiano Ronaldo idi. Ronaldo`nun boşqabında sadəcə yumurta və avokado vardı. Bu adam inanılmaz formadadır. Ən yaxşı bədən quruluşuna malik oyunçumuzdur. Təbii ki, məndən sonra”.

Qeyd edək ki, 4 mövsümdür “Qırmızı Şeytanlar”da çıxış edən 38 yaşlı qapıçı sadəcə 2 matça oynaya bilib.

Lee Grant tells of Cristiano Ronaldo influence at dinner for Manchester  United - Manchester Evening News
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.