Reece James
Reece James

Chelsea komandasının futbolçusu Reece James`in Çempionlar Liqası və Avro 2020 medalları oğurlanıb.

ONBİR GOAL`a istinadən xəbər verir ki, hadisə Londonlu müdafiəçi Zenit matçında iştirak etdiyi zaman baş verib.

Hadisəni törədən şəxslərin tez şəkildə tapılması üçün sosial mediada təhlükəsizlik kameraları tərəfindən çəkilmiş 4 video çarx yayımlanıb.