Rauf Əliyev
Rauf Əliyev

Karyerasını Səbail`də davam etdirən Rauf Əliyev milliləşdirilmiş oyunçular barədə danışıb.

ONBİR 32 yaşlı hücumçunun sözlərini Sportinfo`ya istinadən təqdim edir:

“Niyə iranlı gəlib bizim millidə oynamalıdır? Cənubi azərbaycanlıları iranlı hesab etmirəm, onlar azərbaycanlıdır. Söhbət Azərbaycan dilində danışa bilməyən iranlıdan gedir. Meydanda bir-biri ilə ingiliscə danışırlar. Əli olmasın, lap Höccət olsun. Şəxsən mənə xoş deyil. Onsuz da bunlarla da Lüksemburqa uduzuruq. Qoy, elə azərbaycanlılar uduzsun da. Bilərəm ki, azərbaycanlım oynayır, meydanda can qoyur. Uduzmaq istəməyəcək ki, sabah camaatın üzünə necə baxacam, məhəllə uşaqlarına nə deyəcəm?”.

Qeyd edək ki, Rauf Əliyev milli komandada 47 matça çıxıb və 7 qol vurub.

Rauf Əliyev: "Normal çıxış etsəm millinin qapıları üzümə açılacaq"
Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.