Ferdinand Feldhofer
Ferdinand Feldhofer

Rapid Wien`in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Neftçi ilə cavab oyunundan əvvəl mətbuat konfransı keçirib.

ONBİR 42 yaşlı avstriyalı mütəxəssisin açıqlamalarını qol.az saytına istinadən təqdim edir:

– Qələbə qazanmaq üçün daha çox pressinq edib, qol epizodları yaratmaq lazımdır. Bakıda istifadə edə bilmədiyimiz epizodları reallaşdırmalıyıq.

– Neftçi Bakıdakı kimi intensiv oynasa, buna necə müqavimət göstərəcəksiniz?

– Daha fəal olacağıq və hücum etmək istəyirik. Standart vəziyyətlərdən də istifadə etmək lazımdır.

– Rapid`in cavab oyununda hansı üstünlüyü olacaq?

– Öz meydanımızda oynamağımız bizim üstünlüyümüzdür. Bundan istifadə edərək hücuma atılmaq lazımdır.

– Qələbə üçün iki qol bəs edəcək?

– Növbəti mərhələyə yüksəlmək şansı əldə etmək üçün minimum bir qol vurmalıyıq. Bütün gücümüzü toparlamalıyıq ki, nəticə qazanaq. Neftçi`nin gücü bizə aydındır. Onların özünəməxsus oyun tərzi var.

– Rəqibin hücumlarının qarşısını necə alacaqsınız?

– İlk oyundakı səhvlərimizi öyrənmişik. Əsasən Neftçi`nin cinahlardakı reydlərinə müqavimət göstərmək lazımdır. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.