
Zirə Neftçi`ni penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.
ONBİR qalib tərəfin baş məşqçisi Rəşad Sadıqovun açıqlamalarını qol.az saytına istinadən təqdim edir:
“İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm. Maraqlı, gərgin oyuna şahid olduq. Əsl kubok ab-havası var idi.
Hər iki komanda taktiki mübarizə apardı. Qol epizodları çox olmadı. Zirə azarkeşlərini, rəhbərliyini təbrik edirəm. İlk matçdakı ssenarinin davamına hazırlaşırdıq. 50-55-ci dəqiqədən sonra üstünlük rəqibə keçdi, topa nəzarəti itirmişdik. 5-3-2-dən 5-4-1 sisteminə keçdik. Ondan sonra komanda sanki nəfəs aldı, daha rahat oynamağa başladı. Oyunda gah bu, gah digər komanda üstün olurdu. Hər iki komanda qələbəyə layiq idi”.