Christian Eriksen
Christian Eriksen

11 iyun tarixində Türkiyə – İtaliya matçı ilə start götürən Avropa çempionatının başlamasından 1 həftə ötür.

Futbol azarkeşlərinin böyük maraqla izlədiyi turnirdə 24 milli komanda mübarizə aparır. Sözügedən turnirə ilk dəfə 11 ölkə ev sahibliyi edir.

ONBİR olaraq turnirdə qeydə alınan rekordlardan və unudulmaz anlardan bəhs etmək istədik.

1. İlk dəfə iştirak edən ölkələr

Finlandiya və Şimali Makedoniya. Bu yığma komandalar tarixlərində ilk dəfə sözügedən turnirdə iştirak etmək hüququ qazanıblar. Finlandiya ev sahiblərdən olan Danimarkanı məğlub edərək sensasiyaya imza atsa da, Makedoniya haqda bunları söyləmək mümkün deyil. C qrupunda Hollandiya, Ukrayna və Avstriya ilə mübarizə aparan Şimali Makedoniya 2 matçdan sonra xal qazanmayaraq gözlənildiyi kimi sonuncu pillədə qərarlaşır.

Euro 2020: Finland stun Denmark 1-0 on debut overshadowed by Christian  Eriksen collapse - Sports News

2. Oyunu topla keçirən İspaniya

İlk matçında İsveçlə qarşılaşan “Matadorlar” 917 ötürmənin 830-da dəqiq olsa da, yekunda hesab 0:0 oldu. İspaniya beləliklə turnirin ötürmə rekordunu qırsa da, qol yollarında sıxıntı yaşamağa davam edir. Əlavə olaraq 85% topa sahib olan “Matadorlar” bu statistikada da rekordun sahibi oldu.

Euro 2020: Spain held to goalless draw against Sweden

3. İlk matçında qalib olan İngiltərə

Hər turnirdə gözləntiləri böyük olan İngiltərə Avropa çempionatının tarixində ilk dəfə ilk matçından qalib ayrılmağı bacarıb. İngilislər Xorvatiyanı Raheem Sterling`in vurduğu qolla 1:0 hesabı ilə məğlub edib.

England - Croatia (1-0) Euro 2021 goals in video

4. Turnirin bombardiri: Cristiano Ronaldo

Avropa çempionatının bombardirinin adında da dəyişiklik qeydə alınıb. Turnir başlamadan öncə fransız əfsanə Michel Platini ilə portuqaliyalı ulduz Cristiano Ronaldo`nun hər birinin aktivində 9 qol var idi. Portuqaliyalı hücumçu ilk matçda Macarıstana 2 qol vuraraq bu statistikada zirvənin yeganə sahibi olub. Onun aktivində hal-hazırda 11 qol var.

Hungary 0 - 3 Portugal - Match Report & Highlights

5. Qocaman forvard: Goran Pandev

Turnirdə ilk dəfə çıxış edən Şimali Makedoniyanın Avstriya (1:3) qarşısındakı qolunun müəllifi Goran Pandev oldu. 37 yaş 321 günlük Pandev xorvatiyalı Ivica Vastic`dən (38 yaş, 257 gün) sonra Avropa çempionatında qol vuran ən yaşlı oyunçu ünvanının sahibi oldu.

North Macedonia's Pandev becomes second oldest Euro goalscorer

6. Ən uzaq məsafəli qol

Patrick Schick`in Şotlandiya – Çexiya (0:2) matçında vurduğu qol 1980-ci ildən bəri Avropa çempionatında qeydə alınan ən uzaq məsafəli qol oldu.

EURO 2020/2021: View the goal scored by patrik Schick in the match Czech  Republic - Scotland – Archyworldys

7. Ən çox qol şansı yaradan Gareth Bale

Uelsli ulduz Gareth Bale Türkiyə matçında 5 qol vəziyyəti yaratdı. Bale bununla da bir Avro matçında ən çox qol şansı yaradan oyunçu oldu.

Gareth Bale Misses Penalty, Sets Two Goals As Wales Beat Turkey At Euro  2020 | Jnews

Hər nə qədər statistikalar ilə Avropa çempionatından bəhs etsək də, Christian Eriksen`i vurğulamaya bilmərik. Danimarka – Finlandiya matçında Christian Eriksen huşunu itirərək yerə yıxılıb. Oyunçuya 5 dəqiqə ərzində ürək masajı tətbiq olunub. Matç yarıda kəsilib və sonradan davam edilib. Hal-hazırda Eriksen`in vəziyyəti normaldır və yaxşıya doğru gedir.

Полузащитник сборной Дании Кристиан Эриксен пришел в сознание, его  состояние стабилизировалось (фото) - Eurosport

Christian Eriksen`ə jest etmək məqsədilə Danimarka – Belçika matçının 10-cu dəqiqəsində oyun bir müddət dayandırılıb və bütün oyunçular azarkeşlərlə birlikdə danimarkalı futbolçunu alqışlayıb.

Denmark – Belgium: the whole stadium pays tribute to Christian Eriksen  before the start of the meeting (

Yazının sonunda Christian Eriksen`ə dəstək olduğumuzu bir daha qeyd edirik. Güclü ol Eriksen!