
Qarabağ Qəbələ üzərində cavab görüşündə də qələbə qazanaraq Azərbaycan Kubokunun finalına yüksəlib. (Ümumi hesab: 8-1)
ONBİR görüşdən sonra təşkil olunan mətbuat konfransında danışan Qurban Qurbanovun fikirlərini qol.az saytına istinadən təqdim edir.
“Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar.
Futbolçularım bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, finala da istəkli hazırlanacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı”.