Qurban Qurbanov
Qurban Qurbanov

Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov`un verdiyi son açıqlamaları təqdim edirik:

“Hardasa “ilişə” bilərsən. Kairat bizi gəlib udmaq gücündə deyil? Gücündədir! Baş məşqçisi Kurban Berdiyev bizə qalib gəlmək gücündə deyil? Gücündədir. Məndən də təcrübəli, məndən də bacarıqlı məşqçidir. Kairat`ın sponsoru zəifdir? Yox. 18-20 milyon dollar büdcələridi, prezidentləri də Nursultan Nazarbayevin kürəkənidir. İndi gəl, de görüm bu klub zəifdir. Bunların bacarığı, pulu yoxdur? Əlbəttə, var.

Udursan, rəqibin zəif idi, uduzursan, sən nə gündəsən! Fikirləşirik ki, Qazaxıstan zəifdir. Onlar da fikirləşir ki, Qarabağ zəifdir, şansımız var udmağa. Yaxud Omonia belə düşünür.

Orada futbol, iş sistemi, tibb sahəsi tam başqadır. Legia`nı gedib orda 3:0 udduq, deməli, Polşa çempionatı bizdən zəifdir, gör nə gündədirlər … Mahirlə danışıram, Legia`nın 5 fizioterapevti var. Hələ təkcə tibbdən danışıram, bunların inkişafını göstərirəm. Biz birini tapa bilmirik. Azərbaycanı gəzək, klublarda fizioterapevt varmı? Yoxdur! Onların 4 fiziki hazırlıq üzrə məşqçisi var. Hələ Legia`nı deyirəm. Gör Tottenham`də nə qədərdir, baxsan tibb heyətinə 35 nəfərdirlər. Onlarla oynayırıq, 1:0 da irəlidə idik hesabda. Burda 0:1 uduzurduq. Narazılıq edirlər, deyirlər ki, udmalısınız. İndi Legia görün hardadı. Sheriff`i 3 il dalbadal udduq, indi Çempionlar Liqası qrupundadırlar.

Acı reallıqlar var. 7-8 il əvvəlki çempionat, klublar qalsaydı, bizim futbolumuz Allah bilir harda idi. Bakı, Xəzər Lənkəran, Qəbələ, Neftçi, İnter`dəki futbolçuları götür. Əfran harda böyüyürdü, 19-20 yaşı vardı, kimlərə qarşı oynayırdı? Rauf Əliyev hansı müdafiəçilərə qarşı çıxış edirdi? Zəif bizik – bu gün ümumən götürək, belədir. Zəif bizim çempionatdır, bunu düşünməliyik.

(Sport7.az)