Qurban Qurbanov
Qurban Qurbanov

Qarabağ Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşa çempionu Lech Poznan ilə qarşılaşacaq.

ONBİR görüşdən öncə baş tutan mətbuat konfransında Qurban Qurbanovun səsləndirdiyi fikirləri qol.az saytına istinadən təqdim edir:

“Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik. Bu matça hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik.

Bundan əvvəl Legia klubuna qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. Lech meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq.

Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman öz oyunumuza önəm vermişəm. Lech ilboyu avrokuboklar səviyyəsində matçlar keçirir. Çünki Polşa çempionatının səviyyəsi olduqca yüksəkdir. Bu cütlükdə favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Rəqibə hörmətlə yanaşıram. İş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. İki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik”.

Qeyd edək ki, Lech – Qarabağ görüşü 5 iyul, saat 22:00-da start götürəcək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.