Qarabağ - Omonia
Qarabağ - Omonia

Qarabağ UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda Kiprin Omonia Nicosia klubu ilə qarşılaşacaq.

ONBİR görüşdən öncə hər iki komandanın baş məşqçilərinin açıqlamalarını təqdim edir:

Qurban Qurbanov (Qarabağ): “Həm futbolçuların istəyi, həm də hazırlığı yaxşı səviyyədədir. Layiqli oyun göstərmək istəyirik. Nəticə önəmlidir, amma bunun üçün yaxşı çıxış etməliyik. Ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Son vaxtlar oyun performansını yaxşılaşdırıblar, tərzlərini dəyişiblər. Bu, bizim üçün maraqlı olacaq. Çox sürətli hücumçuları var. Düşünürəm ki, 90 dəqiqə meydanda çox diqqətli olmalıyıq. Rəqibin bütün oyunçularını futbolçularımıza tanıtdırmışıq. Hər hansı bir oyunçu meydana çıxsa da, bunun bizə çətinlik törədəcəyinə inanmıram. Bu tip komandalar xarakter göstərirlər. Biz də rəqiblə başabaş mübarizə üçün xarakter nümayiş etdirməliyik”.

Bir 2 kişi görseli olabilir

Henning Berg (Omonia): “Qarabağ`ın kifayət qədər avrokubok təcrübəsi var, onların qrupdan çıxdığını bilirik. Qapalı oyuna üstünlük verəcəyik. Rəqibin təcrübəli və güclü olmasını vurğulamalıyam. Ən yaxşı oyunumuzu göstərib qələbə qazanmaq istəyirik. Basel`lə qarşılaşmada da qələbə qazana bilərdik. Əlimizdəki oyunçular çox yaxşıdır, uğurlu nəticə üçün imkan verir. Qarabağ isə Basel`dən keyfiyyət baxımından üstündür. Ancaq əsas diqqət çempionata yönələcək. Kipr və Azərbaycan çempionatlarını müqayisə edə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, Qarabağ Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər. Komandada bu gücü görürəm. Həmişə hücum futbolu oynayırlar, çox güclü ön xətt oyunçuları var”.

Qeyd edək ki, 25 noyabr tarixində saat 21:45-də start götürəcək qarşılaşmanı CBC Sport`la yanaşı, saytımız vasitəsilə də izləyə bilərsiniz.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.