Qarabağ - Lech
Qarabağ - Lech

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək Qarabağ – Lech (Polşa) oyununun biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı Qarabağ`ın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər bu gün 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.