Premyer Liqa
Premyer Liqa

Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçirlən Qəbələ – Neftçi matçı 1:0 hesabı ilə yekunlaşıb.

ONBİR komandaların baş məşqçilərinin görüşdən sonrakı fikirlərini təqdim edir:

Elmar Baxşıye (Qəbələ): “Düşündüyümüz kimi ağır oyun alındı. Neftçi`ni təqdim etməyə ehtiyac yoxdur. Heyəti usta futbolçulardan təşkil olunub. Amma komanda olaraq Neftçi ilə layiqli mübarizə apardıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komanda verilən tapşırığı yerinə yetirdi”. 

Samir Abasov (Neftçi): “Bəlkə də birinci dəfə idi ki, təzyiqsiz oyuna başladıq. Çünki itirəcəyimiz, qazanacağımız bir şey yox idi. Rəqibi təbrik edirəm. Deyiləsi çox şey yoxdur. Yerimizi bərkitməyimiz bəlkə də futbolçularda boşalmağa səbəb ola bilərdi. Amma oyun başlayanda belə olduğu görünmədi. Fikirləşirdik ki, rəqib oyuna yüksək təzyiqlə başlayacaq. Təxminlərimiz düz çıxdı, ilk dəqiqədən çox istəkliydilər. Vaxt keçdikcə diqtə edən tərəf olduq. Əfsuslar olsun ki, Qəbələ`nin cərimə meydançasına girə bilmədik. Komanda ikinci yeri tutub, buna görə futbolçularımı təbrik etdim. Bizim üçün ikinci yer də pis deyil. Neftçi`ni təbrik edirəm”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.