Pochettino & Ramos
Pochettino & Ramos

Real Madrid`dən ayrılaraq karyerasına PSG-də davam edən Sergio Ramos yeni komandası ilə hələ də debüt edə bilməyib.

ONBİR AS-a istinadən xəbər verir ki, zədə problemi yaşayan 35 yaşlı oyunçu Fransa klubunda ilk matçına çıxmaq istəsə də, PSG-nin tibb heyəti bu riski almaq istəmir.

Həkimlərin fikrincə ispan oyunçu əgər meydana çıxarsa, zədəsi daha da artacaq və daha böyük problem yaşayacaq.

Angers ilə keçiriləcək Ligue 1 qarşılaşmasının heyətində yer almayan Sergio Ramos`un 19 oktyabr tarixindəki Leipzig matçında da oynamayacağı gözlənilir.

Qeyd edək ki, Ramos`un iştirak edə biləcəyi ilk rəsmi matçın 29 oktyabr tarixində son çempion Lille`lə keçiriləcək oyunun olması gözlənilir.