
PSG-nin Nice klubundan sonra Lens üzərində də qələbə qazana bilməməsi rəhbərliyin səbrini tükətməyə başlayıb.
ONBİR GOAL`a istinadən xəbər verir ki, edilən Leo Messi transferinə rəğmən hələ də istənilən oyunun göstərilə bilinməməsinə görə Mauricio Pochettino böyük təzyiq altındadır.
Lakin təzyiqlərin altında qalan tək adam Pochettino deyil, klubun idman direktoru Leonardo da komandadan ayrıla bilər.
PSG-nin yanvar ayında 7 oyunçunu satış siyahısına qoyması gözlənilir: Mauro Icardi, Abdou Diallo, Thilo Kehrer , Layvin kurzawa, Georginio Wijnaldum, Rafinha və Leandro Paredes.
Qeyd edək ki, Zinedine Zidane`ın Leonardo klubdan gedərsə, baş məşqçilik təklifinə razılıq verə biləcəyi də iddia olunur.