Ozan Tufan
Ozan Tufan

Fenerbahçe`dən Watford`a transfer olan Ozan Tufan diqqət çəkən açıqlamalar verib.

ONBİR Türkiyə millisinin üzvünün açıqlamalarını S Sport`a istinadən təqdim edir:

“Süper Lig`də oyun tez-tez dayanır. Yerə yatan oyunçular çox olur. Premier League`ə gəldiyimdən bəri isə nəfəs almağım üçün top oyundan çıxsın deyə dua edirəm. Saniyəlik aut atışları olur. İstirahət etmək, nəfəs almaq deyə bir şey oyunda yoxdur.

Artıq bu oyun tempinə öyrəşmişəm. Oyunun burada dayanması artıq məni də təəccübləndirir. Premier League futboluna alışandan sonra Süper Lig`in oyunlarını bəyənmirəm.

Buraya gəldiyimdən bəri Çağlar Söyüncü, Cengiz Ünder, Mesut Özil və İrfan Kahveci mənə tez-tez zəng vururlar. Məni burada yalnız hiss etdirməməyə çalışırlar. Ən yaxşı münasibətdə olduğum oyunçu isə Joshua King`dir. Onunla vaxt keçirir, birlikdə yemək yeməyə gedirik.

Baş məşqçim Claudio Ranieri çox yaxşı insandır. Qəlbi təmiz, taktikası mükəmməl olan bir mütəxəssisdir. Mənimlə çox maraqlanır və bunun da faydasını görürəm. Everton`ı 5:1, Manchester United`i isə 4:1 hesabı ilə məğlub etdik. Asan deyil, amma vura bildiyimiz qədər qol vurmağa çalışırıq. Təbii ki, bunda baş məşqçinin də rolu böyükdür”.

Qeyd edək ki, 26 yaşlı oyunçu 4 Premier League matçında meydanda olub və 230 dəqiqə çıxış edə bilib.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.