ONBİR LİQA
ONBİR LİQA

Hər zaman yeniliklər etməyi məqsəd bilən ONBİR artıq neçə gündür ki, yeni bir layihəyə imza atıb.

Əvvəllər sosial mediada həyata keçirilən ONBİR LİQA sayt şəklində işinə başlayıb.

ONBİR LİQA izləyicilərin futbol-analiz biliklərini ortaya qoyan və tam olaraq əyləncə üçün yaradılmış platformadır. Platforma mərc anlayışından tamamilə uzaqdır və məqsəd futbolu daha əyləncəli hala gətirməkdir.

İzləyicilər liqa.onbir.az saytında qeydiyyatdan keçməli və hər həftə veriləcək suallara cavab verərək xal qazanmalıdırlar. Ay sonunda ən çox xal qazanan izləyici sevdiyi klubun formasını əldə edəcək.

Hər həftə bir və ya iki tur oynanılır və hər turda 3 oyun olur. İstifadəçilər oyunların başlamasına 2 saat qalmışa kimi sualları cavablandırmalı və xallarını qazanmalıdırlar.

Suallar çox sadədir. Hər həftə seçilmiş oyunlar haqqında 3 sual soruşulur: Qalib komanda (3 xal), vurulan qol sayı (5 xal) və qırmızı vərəqin olub-olmaması (1 xal).

Nəticələr saytda cədvəl şəklində mövcud olur və hər tur sonrası, istifadəçi sıralamanı və nəticələri görə bilir.