Henning Berg
Henning Berg

Qarabağ UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda Omonia Nicosia klubu ilə qarşılaşacaq.

ONBİR Kipr təmsilçisinin baş məşqçisi Henning Berg`in görüşlə bağlı fikirlərini təqdim edir:

“Hər matça fərqli yanaşırıq. İndi Qarabağ`la qarşılaşacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

Heyətdə dəyişikliklər olacaq. Bəzi oyunçular üçün fürsət olacaq. Onlar o qədər də çox şans əldə etmirlər. Ondan sonra APOEL-lə görüşə baxacağıq. Bu, bizim üçün daha bir böyük oyun olacaq. Hər matçı ayrıca izləyirik. Hazırda fikrimiz Qarabağ`dadır”.

(qol.az)

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.