Pedro Martins
Pedro Martins

Sabah Neftçi Çempionlar Liqası çərçivəsində Olympiacos ilə səfərdə qarşılaşacaq.

ONBİR görüşdən öncə təşkil edilən mətbuat konfransında yunan komandanın baş məşqçisi Pedro Martins`in verdiyi açıqlamaları Qol.az saytına istinadən təqdim edir:

“Çox yaxşı vəziyyətdə olduğumuzu hiss edirik. Hər cəhətdən hazırıq. Futbolçularımız da gündən-günə fiziki cəhətdən daha hazırlıqlı durumda olurlar. Hər şey qaydasındadır, hazırlığımız plan üzrə getdi. Neftçi ilə matça hazırıq.

Uzun müddətdən sonra azarkeşlərimiz önündə çıxış edəcək olmağımız bizim üçün çox sevindiricidir. Bir ildən çox idi ki, azarkeşsiz oynayırdıq. Bu da futbolçuları motivasiyadan salırdı. Sabahkı oyunda onların iştirakı çox vacibdir. Bunda köməyi olan hər kəsə təşəkkür edirik.

Öz oyunçularımıza çox güvənirik. Amma bu o demək deyil ki, Neftçi`yə diqqət yetirmirik. Rəqibi təhlil etmişik. Onların güclü futbolçuları var. İçlərində universal oyunçular da var. Onlara hörmətimiz böyükdür. Amma meydana qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, saat 23:00-da start götürəcək qarşılaşmanı saytımız vasitəsilə izləyə bilərsiniz.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.