Laurentiu Reghecampf
Laurentiu Reghecampf

Neftçi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın Rapid Wien klubunun qonağı olacaq.

ONBİR təmsilçimizin baş məşqçisi Laurentiu Reghecampf`in görüşdən öncə təşkil olunan mətbuat konfransındakı açıqlamalarını Apasport`a istinadən təqdim edir:

“İlk oyunda qələbə qazandıq. Bura da qalibiyyət dalınca gəlmişik. Bilirik ki, bizi çətin oyun gözləyir. Çünki Rapid çox ciddi rəqibdir. Əminəm ki, onlar ilk oyundakından daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar. Amma biz də hazırıq. Bura Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmətlə yanaşırıq, ancaq qələbə üçün gəlmişik.

Bura vuruşmağa, futbol oynamağa gəlmişik. Gücümüzə inanırıq. Bunu etmək üçün kifayət qədər gücümüz var. Bu oyunda qələbə qazanmağa köklənmişik. Mənim mesajlarım çox aydındır. Rapid`lə Bakıdakı matçdan sonra da demişdim ki, pozitiv nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün vuruşmalı, fəal olmalıyıq. Bu, mən tərəfdən futbolçularıma olan mesajdır. Rapid`in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox güclü oyunçuları var, onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Hətta qol buraxsaq belə, mübarizə aparmalı və cavab topunu vurmalıyıq”.

47 yaşlı mütəxəssis mərhələ adlayacaqları təqdirdə istənilən sözü verməyə hazır oluğunu deyib: “Sizə hər cür söz verə bilərəm. Gəlin cavab oyunun sonunu gözləyək. Biz güclü rəqibə qarşı oynayacağıq. Avstriyanın güclü komandalarından biridir. Rapid də növbəti mərhələyə vəsiqə üçün əlindən gələni edəcək. Əgər növbəti mərhələyə adlasaq, hər cür söz verəcəyəm”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.