Jorge Correa
Jorge Correa

Neftçi heyətini daha bir oyunçu ilə gücləndirib.

ONBİR klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı oyunçu Jorge Correa ilə 2 illik müqavilə imzalanıb.

Argentinalı hücumameyilli yarımmüdafiəçi yeni komandasında “7” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Correa ölkəsinin Velez Sarsfield, Defensores və Portuqaliyanın Maritimo klublarında oynayıb. O, karyerası ərzində iştirak etdiyi 178 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə verib.