Namiq Ələsgərov
Namiq Ələsgərov

Bandırmaspor`a 4:2 hesabı ilə məğlub olan Bursaspor Türkiyə 1-ci liqasından düşüb.

ONBİR xəbər verir ki, Bursa təmsilçisi növbəti mövsümdə Türkiyə 2-ci liqasında çıxış edəcək. Liqanın qaydalarına əsasən, komandanın heyətində legioner oyunçu çıxış edə bilməz. Buna görə də Namiq Ələsgərov Bursaspor`dan ayrılmalı olacaq.

27 yaşlı oyunçunun meneceri Vaqif Heydərli də məlumatı təsqid edib. Onun qol.az saytına verdiyi açıqlamanı təqdim edirik:

“Bəli, Namiq Bursaspor`dan ayrılacaq, amma bunun hansı formada olacağı yaxınlarda bilinəcək. Çünki komandanın 1-ci liqanl tərk etməsi hələ dünən bilinib. Görüşüb danışacağıq, ondan sonra biləcəyik”.

Qeyd edək ki, Namiq 1-ci liqada çıxdığı 32 oyuna 6 qol, 6 qol ötürməsi ilə yadda qalıb. Onun klubla 2023-cü ilin yayına qədər müqaviləsi var.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.