AC Milan
AC Milan

AC Milan rəhbərliyi Inter`in iştirakı olmadan şəxsi stadionunu tikmək qərarına gəlib.

ONBİR Gazetta dello Sport`a istinadən xəbər verir ki, Milan rəhbərliyi çox vaxt aparan bürokratik əngəllərdən beziblər və yeni arenanı San Siro`dan uzaqda, qısa müddətdə hakimiyyətdən razılıq əldə edə biləcəyi yerdə inşa etməyi düşünürlər.

Bu baş verərsə, Giuseppe Meazza stadionunu sökməyə ehtiyac qalmaya bilər. Belə olan halda isə Inter bu arenada ev oyunlarını keçirən yeganə kluba çevriləcək.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.