Messi / Owen
Messi / Owen

İngiltərə futbolunun məşhur simalarından olan Michael Owen Lionel Messi`nin PSG-ə keçidini dəyərləndirib.

ONBİR Liverpool, Real Madrid Manchester United kimi klublarda çıxış etmiş sabiq forvardın fikirlərini MARCA-ya istinadən təqdim edir:

“Messi PSG komandasını zəiflədir. Fransızların məşhur hücum üçlüsündəki hər bir oyunçu özlüyündə fenomenal hücumçulardır, lakin birgə çıxış edəndə gücsüz olurlar.

Onların nəyə görə Çempionlar Liqası favoriti olaraq göstərildiklərini anlamıram. Mənə görə, hazırkı durumda ingilis klubları: Chelsea, Liverpool, Manchester CityManchester United daha üstündür. Donnarumma və Sergio Ramos`un PSG komandasına titul yolunda daha çox qatqısı olacaq, nəinki Messi`nin”.

Qeyd edək ki, PSG Çempionlar Liqasında 2021/22 mövsümünə Club Brügge ilə 1:1 hesablı heç-heçə edərək start verib.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.