Xavi & Messi
Xavi & Messi

Barcelona əfsanəsi Lionel Messi komandanın yeni baş məşqçisi Xavi Hernandez`ə güvəndiyini bildirib.

ONBİR MARCA-ya danışan argentinalı ulduzun açıqlamalarını təqdim edir:

“Xavi Barcelona`nın inkişafında önəmli pay sahibi olacaq. O, klub haqqında hər şeyi bilir və uşaqlıqdan bəri Barcelona`nın içindədir. Bununla yanaşı, Xavi çox yaxşı baş məşqçidir. Onun gənc oyunçular üçün vacib çalışdırıcı olduğunu düşünürəm.

Barcelona`ya dönəcəyimi hər zaman söyləmişəm. Kluba əlimdən gəldiyi qədər kömək etmək istəyirəm. Qatqı verə biləcəyimi düşündüyüm an geri dönməyi çox istəyərəm”.