Mert Hakan Yandaş
Mert Hakan Yandaş

Antwerp – Fenerbahçe (0:3) matçında ilk qolun müəllifi olan Mert Hakan Yandaş Olympiakos prezidentinin söylədiyi sözləri unuda bilmir.

ONBİR səbrsizliklə Olympiakos matçını gözləyən 27 yaşlı yarımmüdafiəçinin açıqlamalarını təqdim edir:

“İnsanları bu qədər məyus etməyə haqqımız yoxdur. Onlardan ilk 3 matç üçün üzr istəyirik. Komanda yoldaşlarıma görə xoşbəxtəm. İnşallah davamını gətirərik.

Olympiakos`u da səfərdə məğlub edib, prezidentlərinə cavab vermək istəyirik. Biz hər şeyin fərqindəyik”.

Qeyd edək ki, Olympiakos prezidenti Marinakis Fenerbahçe qələbəsindən sonra “Şəhərimiz, Yunanıstan paytaxtı İstanbulda qazanmaq çox önəmlidir. Bunu bütün yunan xalqına həsr edirik” deyə açıqlama vermişdi.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.