Kylian Mbappe
Kylian Mbappe

PSG-nin ulduz oyunçusu Kylian Mbappe Real Madrid`ə baş tutmayan keçidindən danışıb.

ONBİR RMC Sport`a istinadən fransalı hücumçunun açıqlamasını təqdim edir:

“Yayda ayrılmaq istəyirdim. Lakin PSG-nin də bu transferdən pul qazanmasının tərəfdarı idim. Ayrılmağıma icazə verməyəcəkləri təqdirdə, klubda qalmağa hazır olduğumu da söyləmişdim. 7 müqavilə təklifini rədd etdiyim doğru deyil. Mən PSG-də xoşbəxtəm”.