Matthaus & Kroos
Matthaus & Kroos

Almaniya futbolunun əfsanələrindən Lothar Matthaus Avropa çempionatından sonra milli karyerasını bitirən Toni Kroos haqda tənqidi fikirlərinə birini daha əlavə edib.

ONBİR Kicker`ə danışan Dünya və Avropa çempionunun açıqlamalarını təqdim edir:

“Kroos`un oyun tərzini bəyənmirəm. Avro 2020-də söhbətin yalnız sürətlə olmadığını gördük. Kroos topla bir neçə yaxşı şey edə bilir, amma turnir boyunca topa sahib olduğu anlarda komandanın sürətini necə yavaşlatdığını gördük.

Kroos artıq üst səviyyə oyunçu deyil. Ötən mövsüm Real Madrid üçün möhtəşəm bir neçə oyun oynadı və sonra gözdən itdi”.