Bissouma
Bissouma

Çempionlar Liqasına vəsiqə qazanan Tottenham heyətini gücləndirmək işlərinə davam edir.

ONBİR İngiltərə mətbuatına istinadən xəbər verir ki, Spurs Brighton`un dayaq yarımmüdafiəçisi Yves Bissouma ilə razılıq əldə edib. Malili oyunçu üçün klubuna 25 milyon funt-sterlinq ödəniləcək.

Qeyd edək ki, Bissouma Brighton`a 15 milyon funt-sterlinq qarşılığında Lille klubundan transfer olunub. 25 yaşlı futbolçu bu mövsüm çıxdığı 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.