Mahir Emreli
Mahir Emreli

Millimizin üzvü Mahir Emreli`nin 2-ci koronavirus testi neqativ çıxıb.

Bu haqda məlumatı Legia`nın mətbuat xidmətinin rəhbəri İza Kruk “Twitter” hesabında verib.

“Mahirin ikinci koronavirus testinin nəticəsi neqativ çıxıb. Oyunçuya peyvənd vurulub. Onda koronavirus simptomları yoxdur. Biz vəziyyət ilə bağlı əlavə məlumat verəcəyik”.

Qeyd edək ki, AFFA Mahir Emreli`nin koronavirus testinin pozitiv çıxdığı üçün Serbiya ilə matçda oynaya bilməyəcəyini açıqlamışdı.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.