Dusan Vlahovic
Dusan Vlahovic

Çətin Atletico Madrid səfərindən 3:2 hesabı ilə qalib ayrılan Liverpool forvard axtarışlarına davam edir.

ONBİR Tuttomercato`ya istinadən xəbər verir ki, gündəmə gələn son namizəd 21 yaşlı Dusan Vlahovic`dir. Tottenham, Juventus, Manchester City, Newcastle United kimi klublarında da istədiyi serb hücumçunun Yanvar ayında və yaxud mövsüm sonunda Fiorentina`dan ayrılması gözlənilir.

Qeyd edək ki, ötən mövsüm Serie A-da 21 qol vuran hücumçu bu mövsümə isə çıxdığı 8 liqa matçında vurduğu 4 qolla start verib.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.