Napoli
Napoli

Serie A-nın cari mövsümündə ilk məğlubiyyətini almasına rəğmən liderliyini davam etdirən Napoli ciddi itki ilə üzləşib.

ONBİR xəbər verir ki, komandanın qol silahi Victor Osimhen Inter səfərində alınan məğlubiyyətdə (2:3) zədələnib.

Milan Skriniar ilə hava topu mübarizəsində toqquşan Osimhen`in sol yanaq sümüyü və göz ətrafında çoxsaylı sınıqlar olduğu açıqlanıb.

Milan şəhərində əməliyyata girəcək oyunçunun minimum 1 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Qeyd edək ki, 22 yaşlı hücumçu İtaliya klubunun heyətində bu mövsüm çıxdığı 14 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.