Mahir Emreli
Mahir Emreli

Mahir Emreli`nin Başakşehir klubuna keçəcəyi iddia olunur.

ONBİR xəbər verir ki, Legia`nın idman direktoru Yatsek Zelinski transfer xəbərlərinə münasibət bildirib. Qol.az saytına istinadən həmin açıqlamanı təqdim edirik.

“Emreli bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə etmək axmaqlıqdır. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların yanaşmalarına xələl gətirir. Bu, yaxşı hərəkət deyil. Hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir. Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edir və oyunçunu daha da zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir.

“Agentlər vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Bu, qətiyyən doğru deyil. O, agentlərin işidir. O, Legia`nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə öz xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib”.

Urfan Bəşirov Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Hal-hazırda ixtisası üzrə çalışmır və hobisi olan redaktorluqla məşğuldur. Sırf bir kluba bağlı olmayan Urfan EPL oyunlarını izləməyi çox sevir. Ən sevimli oyunçusu Cristiano Ronaldo`dur.