
Legia`nın baş məşqçisi Aleksandar Vukovic Mahir Emreli barədə növbəti açıqlamasını verib.
ONBİR 42 yaşlı mütəxəssisin sözlərini qol.az saytına istinadən təqdim edir:
“Emreli hələ də bizim oyunçumuzdur və müqaviləmiz olan futbolçular siyahısındadır. Başa düşməlisiniz ki, belə vəziyyətdə çox oyunçu cəlb etmək asan deyil. Amma heyətimizə baxanda panikaya düşmürəm. Pekhart, Lopes, Vłodarcik və Rosołek Legia üçün çox vacib oyunçulardır. Emreli`nin yerinə başqa hücumçumuz olmadığından şikayət etmək istəmirəm”.
Xatırladaq ki, Mahir Emreli Legia`nın təlim-məşq toplanışına qoşulmayıb. Azarkeş hücumundan sonra Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyən 25 yaşlı hücumçunun adı əsasən Medipol Başakşehir klubu ilə hallanır.